Rus generalları bir-birlərinə “xəyanət etməyə” başlayıblar..?

Bu, Müdafiə Nazirliyinin təmizlənməsi zamanı baş verir...
Rus generalları bir-birlərinə “xəyanət etməyə” başlayıblar..?

Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi, general-leytenant Vadim Şamarin keçmiş tabeliyində olan, xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinən general-mayor Aleksandr Oqloblinin əleyhinə ifadə verdikdən sonra saxlanılıb.

SİA TASS-a istinadən yazır ki, bunun müqabilində ona azadlıq verilib.

...Oqloblinin cəzası general Şamarinə qarşı ifadə verdikdən sonra koloniya həbsindən islah işlərinə dəyişdirilib. Bu, 2024-cü ilin martında baş verib.

Qeyd edilir ki, bunu hökumətyönlü qurumun hüquq-mühafizə orqanlarındakı həmsöhbəti bildirib.

Bu arada, avqustun 9-da məlum oldu ki, iyunun sonunda Ümumi Yurisdiksiyanın İkinci Kassasiya Məhkəməsi Oqloblinin həqiqi cəzasını islah işləri ilə əvəz etmək qərarını ləğv edib.

Vəsatət yenidən baxılması üçün Moskvanın Babuşkinski Rayon Məhkəməsinə göndərilib.

TASS-ın mənbəsi iddia edir ki, eyni zamanda general koloniyaya qaytarılmayıb. Onun hazırda harada olduğu məlum deyil.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə