İsveçrə Xarici İşlər Nazirliyi Bazarel Smotriçin açıqlamasına münasibət bildirib.
"Mülki əhalinin ac qalmasına səbəb olmaq hərbi cinayətdir. Nazir Bazarel Smotriçin son bəyanatları qəbuledilməzdir" deyilən bəyanatda İsrail hökumətinə beynəlxalq humanitar hüquqa riayət etməsi ilə əlaqədar çağırış edilib.
SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Avqustun 5-də “İsrael Hayom” yayım orqanı tərəfindən təşkil edilən konfransda çıxış edən Bazarel Smotriç Qəzzaya humanitar yardımların daxil olmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.
Bazarel Smotriç həmçinin Qəzza zolağının nəzarət altına alınmasının vacibliyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB