''Necat'' dərnəyi Yəməndə zərər çəkənlərə yardım edəcək

''Necat'' dərnəyi Yəməndə zərər çəkənlərə yardım edəcək

Mərkəzi Küveytdə yerləşən ''Necat'' yardım dərnəyi Yəmənin qərbində təbii fəlakətdən zərər çəkənlərə 165 min dollar məbləğində yardım ediləcəyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Küveytin rəsmi KUNA xəbər agentliyinin yaydığı məlumatda bildirilib.

Məlumatda: "Yəməndə daşqından zərər çəkənlərə təxminən 50 min dinar (təxminən 165 min dollar) məbləğində təcili yardım ediləcək'' ifadələrinə yer verilib.

Yəmənin Planlaşdırma və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin "Təcili Təhlükə Çağırışı" başlığı ilə verdiyi yazılı açıqlamada ölkələr, maliyyə qurumları, beynəlxalq və humanitar təşkilatlar da daxil olmaqla bütün beynəlxalq və regional təşkilatlara Yəmən hökumətinə dəstək çağırışı edilib.

Açıqlamada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində infrastruktura, ictimai əmlaka və şəxsi mülkiyyətə ciddi ziyan dəydiyi qeyd edilib.

Yəmənin qərbindəki Taiz və Hudeydə şəhərlərində baş verən daşqın nəticəsində 45 nəfər həyatını itirib.

Şahidlər Hudeydanın bəzi bölgələrində yağan yağışın son 40 ilin ən güclü yağışı olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə