Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus münaqişələrin davam etdiyi Sudanda əhalinin üçdə ikisinin xəstəxanaya və ya həkimə müraciət edə bilməyəcəyini açıqlayıb. O, “X” sosial media platformasında 2023-cü ilin aprelindən bəri vətəndaş müharibəsinin davam etdiyi Sudandakı vəziyyətlə bağlı paylaşım edərək bildirib: “Sudanda insanların üçdə ikisi davam edən münaqişə ilə əlaqədar xəstəxanaya və ya həkimə gedə bilmir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ölkədə minlərlə insan aclıqla üz-üzədir.
BMT-nin Humanitar Yardım Koordinasiya Ofisinin (OCHA) Sudanda aclıqla mübarizə üçün BMT Təhlükəsizlik Şurasına təcili tədbir görülməsi çağırışını dəstəkləyirik”.
Xatırladaq ki, Sudanda Ömər əl-Bəşirin 30 illik hakimiyyətinin 2019-cu ildə xalq üsyanı ilə devrilməsindən sonra mülki əhalinin iştirakı ilə birgə çevriliş həyata keçirən Çevik Dəstək Qüvvələri ilə ordu arasında 16 aydır hakimiyyət mübarizəsi gedir.
BMT-nin məlumatına görə, dünyanın ən böyük köç və aclıq böhranının yaşandığı Sudanda münaqişələr nəticəsində 18.800-dən yuxarı insan həyatını itirib, 10 milyona yaxın adam didərgin düşüb, 25 milyondan çoxunun humanitar yardıma ehtiyacı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB