Böyük Britaniyanın Baş Qərargah rəisi Ankarada

Böyük Britaniyanın Baş Qərargah rəisi Ankarada
Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak paytaxt Ankarada Böyük Britaniyanın Baş Qərargah rəisi, admiral Toni Radakin ilə bir araya gəlib.

SİA bu barədə Türkiyə saytlarına istinad edir.

M.Gürakın rəsmi dəvətilə Ankaraya gələn T.Radakin üçün hərbi qarşılanma mərasimi keçirilib. Sonra qərargah rəisləri ikilikdə görüşüblər.

Türkiyə Silahlı Qüvvələrinin sosial media hesabından verilən açıqlamada nümayəndə heyətləri arasında da görüşlərin keçirildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə