Rusiya ABŞ-ın hərəkətlərinə niyə belə kəskin reaksiya verir..?

Dörd növ raketdən ikisi – yerüstü “Tomahawk” və hipersəsli LRHW – Almaniya ərazisindən Moskvaya və oradan da Rusiyanın içərilərinə qədər uça biləcək
Rusiya ABŞ-ın hərəkətlərinə niyə belə kəskin reaksiya verir..?

...Yadınızda olarsa, bu ilin iyulunda ABŞ öz raketlərini 2026-cı ilə qədər Almaniyada yerləşdirəcəyini açıqlamışdı.

Deyim ki, burada söhbət hipersəsli uzaqmənzilli silahlardan gedir. O da yadınızda olar ki, buna görə hətta Rusiya əsəbiləşdi də və qarşı tərəfi raketlərini yerləşdirməklə hədələməyə başladı.

...Təbii ki, sual yaranır: Rusiya ABŞ-ın hərəkətlərinə niyə belə kəskin reaksiya verir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, analitiklər Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Almaniyadakı Amerika raketlərinin təsir imkanlarını araşdıran nəşrinə istinad edirlər.

“Defense Express”in yazdığına görə burada əsas dörd növ raket haqqında məlumatlar verilir.

Bunlar hansılardır:

-Typhon kompleksinin bir hissəsi kimi yerləşdirilə bilən SM-6 və Tomahawk;

-1000 kilometr məsafə üçün perspektivli versiyada PrSM;

-hipersəs kompleksi LRHW.

...Nəzəri cəhətdən yuxarıda qeyd olunan dörd növ raketdən ikisi – yerüstü “Tomahawk” və hipersəsli LRHW – Almaniya ərazisindən Moskvaya və oradan da Rusiyanın içərilərinə qədər uça biləcək.

Digər iki növ raketlər, yəni yerüstü SM-6 və 1000 kilometrlik variantda PrSM, bazaya uyğun olaraq Polşanın Belarusla və Rusiyanın “Kalininqrad anklavı” ilə sərhədini effektiv şəkildə əhatə edə biləcəklər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə