Ötən gecə Rusiya havadan müdafiə sistemləri 75 Ukrayna PUA-sını vurub - RƏSMİ

Ötən gecə Rusiya havadan müdafiə sistemləri 75 Ukrayna PUA-sını vurub - RƏSMİ

Rusiya hərbçiləri avqustun 9-na keçən gecə Rusiya bölgələri üzərində Ukraynaya məxsus 75 pilotsuz təyyarəni ələ keçirib və ya məhv ediblər. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün “Telegram” kanalında məlumat yayıb.

Belə ki, Belqorod vilayəti üzərində 26, Lipetsk üzərində 19, Kursk üzərində 7, Bryansk üzərində 5, Voronej üzərində 4, Orel üzərində 1, Krım üzərində 5 pilotsuz uçuş aparatı məhv edilib. Düşmənin daha 8 pilotsuz təyyarəsi Qara dəniz üzərində vurulub.

Departament həmçinin məlumat verib ki, Qara dənizdə Krıma doğru hərəkət edən 7 pilotsuz qayıq məhv edilib.

Xarkov istiqamətində isə Ukrayna Silahlı Qüvvələrinin komanda məntəqəsi məhv edilib. Rusiya Silahlı Qüvvələrinin raket zərbəsi endirdiyi vaxt Baş Qərargah zabitlərinin Ukrayna Silahlı Qüvvələrinin komanda məntəqəsində olduğu ehtimalı yüksəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə