Yaponiyanın Baş naziri Fumio Kişida Yapon adaları ərazisində zəlzələ təhlükəsi səbəbindən avqustun 9-da Astanaya planlaşdırılan səfərini təxirə salıb. SİA Qazaxıstan Respublikasının mediasına istinadla xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib.
Yaponiya Meteorologiya Agentliyi Nankai qırılma zonasında potensial güclü zəlzələ barədə xəbərdarlıq edib.
Fumio Kişida avqustun 9-10-da Qazaxıstana ikigünlük rəsmi səfər etməyi planlaşdırırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB