ABŞ Yaxın Şərqə döyüş təyyarələri göndərdi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran və İsrail arasında yaşanan gərginliyə görə Yaxın Şərqə ''F-22'' döyüş təyyarələri göndərib
ABŞ Yaxın Şərqə döyüş təyyarələri göndərdi

Amerika Birləşmiş Ştatları (ABŞ) Yaxın Şərqə döyüş təyyarələri göndərdi.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran və İsrail arasında yaşanan gərginliyə görə Yaxın Şərqə ''F-22'' döyüş təyyarələri göndərib.

CENTCOM-un rəsmi internet səhifəsində edilən paylaşımda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ''F-22'' döyüş təyyarələrinin bölgəyə göndərildiyi bildirilib.
Paylaşımda “F-22'' Raptor qırıcılarının bölgədəki gərginliyi azaltmaq məqsədilə ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına çatdığı vurğulanıb.
Qeyd edək ki, ''F-22'' qırıcılarının sayı və hansı ölkələrə göndərildiyinə dair məlumat verilməyib.
Xatırladaq ki, ''Həmas'' Siyasi Bürosunun başçısı İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib.
İran və ''Həmas'' hücumun arxasında İsrailin olduğunu bəyan edib. Rəsmi Tehran Tel-Əviv rəhbərliyinə lazımi cavabın verəcəyini bildirib.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığının komandiri general Maykl Erik Kurilla yenidən İsrailə səfər etdiyini açıqlayıb. Sonuncu dəfə avqustun 5-də İsrailə səfər edən Maykl Erik Kurilla müdafiə naziri Yoav Qallant və Baş Qərargah rəisi Herzi Halevi ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə