Rusiyanın Lipetsk şəhəri yaxınlığındakı hərbi aerodrom yanır...

Bununla bağlı peyk görüntüləri dərc olunub
Rusiyanın Lipetsk şəhəri yaxınlığındakı hərbi aerodrom yanır...

Rusiyanın Lipetsk şəhəri yaxınlığındakı hərbi aerodromda gecə partlayışlarından sonra baş verən yanğınlar hələ də davam edir.

Təqdim olunan peyk görüntüləri də bunu təsdiqləyir.

SİA xəbər verir ki, bu barədə Crimean Wind Telegram kanalı məlumat yayıb.

Monitorinq qrupu aerodromda yanğınların hələ də davam etdiyini göstərən peyk görüntülərini nümayiş etdirib. Deyilənlərə görə, vqustun 9-na keçən gecə Lipetsk yaxınlığında hərbi aerodrom ərazisində partlayış səsləri eşidilib.

Təbii ki, yerli ruslar hücumdan şikayətləniblər, bundan sonra aerodromda güclü yanğın başlayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi hərbi aerodromda yanğının baş verdiyini və ona üçüncü mürəkkəblik dərəcəsi verildiyini təsdiqləyib.

Lakin yanğının səbəbi açıqlanmayıb.

Şəbəkə bildirir ki, dron hücumundan sonra aerodromdakı sursat anbarı yanıb.

Yanğın partlayışla müşayiət olunur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə