Gürcüstan prezidenti ölkə hakimiyyətini xəyanətdə ittiham edib

...Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, Birləşmiş Ştatlar Gürcüstan hökumətinin hərəkətləri, o cümlədən “xarici agentlər haqqında” qanunun qəbulu səbəbindən Riçard Luqar İctimai Səhiyyə Araşdırma Mərkəzinə maliyyə dəstəyini dayandırmaq qərarına gəlib. Onun fikrincə, Vaşinqton COVID-19 pandemiyası da daxil olmaqla, peyvəndlər verməklə Tiflisə dəfələrlə kömək edib.

...Ölkənin demoqrafik göstəricisi fəlakətli səviyyəyə düşdüyü, yüz minlərlə insanın ölkəni tərk etdiyi bir vaxtda Amerika ilə belə mühüm əlaqələri kəsmək birbaşa xəyanətdir.

SİA-nın əldə etdiyi məlumata görə, Zurabişvili bunu öz Facebook səhifəsində yazıb.

Xatırladaq ki, Birləşmiş Ştatlar Gürcüstana maliyyə yardımını iyulun sonunda ölkə parlamentində xarici təsirin şəffaflığı haqqında qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar kəsib. Vaşinqtonun ardınca Avropa İttifaqında da oxşar qərar qəbul edilib.

Gürcüstan mediasına görə, maliyyənin kəsilməsi xüsusilə 2011-ci ildə ABŞ-ın dəstəyi ilə tikilmiş Luqar mərkəzinə təsir edəcək.

Laboratoriya rəsmi olaraq 2018-ci ildən bəri bioloji təhdidlərin tədqiqi ilə məşğuldur, dəfələrlə insanlar üzərində eksperimentlər aparmaqda şübhəli bilinir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə