Yanvar-iyul aylarında Türkiyənin hava limanlarında sərnişin axını...

Bu barədə respublikanın nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu məlumat verib

2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin hava limanlarında sərnişin axını 129 milyon 738 min 772 nəfər olub.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə respublikanın nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu məlumat verib. Onun sözlərinə görə, cari ilin 7 ayı ərzində ölkədaxili marşrutlar üzrə hava nəqliyyatı sərnişinlərinin sayı 55 milyon 514 min 472 nəfər, beynəlxalq reyslər üzrə isə 74 milyon 88 min 482 nəfər olub. Tranzit sərnişinlərin sayı 135 min 818 nəfərə çatıb.

Təkcə iyul ayında Türkiyənin ən böyük aeroportu - İstanbul Hava Limanının xidmətlərindən 7 milyon 595 min 964, son 7 ayda isə 45 milyon 688 min 593 sərnişin istifadə edib.

İstanbulun ikinci ən əhəmiyyətli aeroportu olan Sabiha Gökçen Hava Limanı keçən ay 3 milyon 825 min 693 nəfərə, 2024-cü ilin yeddi ayında isə 23 milyon 648 min 579 sərnişinə xidmət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə