...Belarus rejimi Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni təcavüzkar müharibəsində ortaqdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin cümə axşamı Avropa Xarici Fəaliyyət Xidmətinin yaydığı bəyanatında deyilir.
...Bəyanatda deyilir ki, Moskvanın siyasi, hərbi və maddi-texniki dəstəyi ilə yanaşı, Aleksandr Lukaşenko rejimi “ukraynalı uşaqların Ukraynanın Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazilərindən qanunsuz deportasiyasına şərait yaradıb”.
Bundan əlavə, 2021-ci ildən Minsk Avropa İttifaqının xarici sərhədlərində miqrasiya təzyiqi təşkil edir, daha sonra sənəddə vurğulanır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə