Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verib

Yaponiyanın cənub-qərbindəki Miyazaki prefekturasının sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) yaydığı bəyanatda yerli vaxtla saat 16.43-də ölkənin cənub-qərbindəki Miyazaki prefekturasının sahillərində 7,1 bal gücündə zəlzələnin baş verdiyini bildirilib.

Bəyanatda bildirilib ki, zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntı barədə məlumat yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, səlahiyyətlilər Koçi və Miyazaki prefekturaları üçün sunami xəbərdarlığı edib.

Bütün xəbərlər Facebook səhifəmizdə