Britaniya və Misir öz aviaşirkətlərinə göstəriş verdi - İranın hava məkanına daxil olmayın

Britaniya və Misir öz aviaşirkətlərinə göstəriş verdi - İranın hava məkanına daxil olmayın

HƏMAS lideri İsmayıl Həniyənin və Hizbullahın yüksək vəzifəli komandirlərindən birinin öldürülməsindən sonra Yaxın Şərqdə müharibənin genişlənə biləcəyi ilə əlaqədar Misir və Britaniya öz aviaşirkətlərinə xəbərdarlıq edib. SİA "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, məlumata görə, hər iki ölkə öz aviaşirkətlərinə İran və Livanın hava məkanından istifadə etməmələri barədə göstəriş verib.

Dünən Misirin Mülki Aviasiya Nazirliyi bildirib ki, Tehran hərbi təlimlərlə əlaqədar Misir aviaşirkətlərindən bu gün üç saat müddətinə İranın hava məkanına daxil olmamalarını istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə