Fransa polisi Paris küçələrində dolaşan və üzərində Olimpiya Oyunlarının açılış mərasimindən “şənliklər” səhnəsinin şəkilləri olan, eləcə də katoliklərin “Son şam yeməyi”nin təsviri və “Xristianlara hücumu dayandır” yazısı ilə bəzədilmiş avtobusdakı 7 nəfəri saxlayıb. SİA xəbər verir ki, polis tərəfindən saxlanılan avtobusdakı ispanlar daha sonra sərbəst buraxılıb və prokurorluq prosedurdakı qanunsuzluqları pisləyib. Bildirilir ki, İspaniyada qeydiyyatda olan bu avtobus rəsmi olaraq Olimpiya Oyunlarına məxsusdur. Olimpiya Oyunlarının açılış mərasimində katoliklərin “Son şam yeməyi”nin təsviri ifrat sağçıların və bəzi dindarların qəzəbinə səbəb olmuşdu. Polis məhz bu şəklə görə avtobusu izləyib və “CitizenGo” assosiasiyasının 7 üzvünü saxlayıb. Ancaq prokurorluq prosedurun qanun pozuntusu olduğunu deyərək onları sərbəst buraxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB