“Jenya sağdır, düşmənlərinə baxmayaraq Allah ona uzun ömür versin”
...Bu arada Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Ümumrusiya “Döyüş Qardaşlığı” təşkilatı sədrinin birinci müavini Dmitri Sablin Telegram kanalında Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin hərbi müxbiri Yevgeni Poddubnının sağ olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl mətbuatda Poddubnının sərhəddəki döyüşlər barədə reportajlar çəkdiyi Kursk yaxınlığında öldüyü barədə xəbərlər yayılmışdı.
“Jenya sağdır və düşmənlərinə baxmayaraq, Allah ona uzun ömür versin”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu rusiyalı deputat bildirib.
İlkin məlumatlara görə, Poddubnının kürəyi ciddi şəkildə yanıb, lakin qəlpə yaraları olmayıb. O, həmçinin kəllə-beyin travması alıb.
Həkimlər onu Kursk vilayət xəstəxanasına yerləşdiriblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB