Tramp sui-qəsdi özü, yalandan təşkil edib..?

Amerikalıların əksəriyyəti Trampa sui-qəsd cəhdinin rəsmi versiyasına inanmır
Tramp sui-qəsdi özü, yalandan təşkil edib..?

...Və yeri gəlmişkən, bu gün amerikalılar keçmiş prezident Donald Trampa sui-qəsd cəhdinin rəsmi versiyasına çox şübhə ilə yanaşırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Washington Times xəbər verir.

...Yeni TIPP/Daily Mail sorğusuna görə, respondentlərin 45 faizi “böyük sui-qəsd”ə inanır, digər 22 faizi isə “nə düşünəcəyini bilmir”. Lakin onların yalnız üçdə biri atıcının təkbaşına hərəkət etdiyinə inanır.

...Demokratlar arasında geniş yayılmış bir nəzəriyyə var ki, Tramp atışmanı özü hazırlayıb, qəsdən yüngül yara ilə qaçıb, bir mitinq iştirakçısının öldürülməsinə icazə verib və günahı öz üzərinə götürüb əks-snayperlər tərəfindən öldürülməyə hazır olan 20 yaşlı könüllü tapıb..?

Başqa bir liberal nəzəriyyəyə görə, eks-prezidentə əslində güllə dəyməyib - o, dramatik an üçün qulağından qan çıxarmaq üçün özünü kəsib..?

...Bu arada, mühafizəkarlar arasında belə bir fikir var ki, atıcıya qəsdən Trampa baxan damın üstünə çıxmağa və namizədi prezidentlik yarışından kənarlaşdırmaq üçün səkkiz dəfə atəş açmağa icazə verilib.

...Başqa bir versiyada deyilir ki, damda olan 20 yaşlı atıcıdan başqa, su qülləsində ikinci snayper də olub. Bununla belə, nəşrin vurğuladığı kimi, Federal Təhqiqat Bürosu (FTB) ikinci atıcı versiyasını qəti şəkildə təkzib edir və hücumçunun partnyorla işləməsinə dair heç bir sübutun olmadığını bildirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə