"Krımı fəth etmək Donbassdan qat-qat asandır..."

Budanov Kerç körpüsünün yaxın gələcəkdə dağılacağını istisna etməyib
"Krımı fəth etmək Donbassdan qat-qat asandır..."

...Hərbi baxımdan Krımı yenidən fəth etmək Donbasdan qat-qat asandır.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Budanovun sözlərinə görə, ruslar Krımdan yarımadaya iki əsas giriş nöqtəsi vasitəsilə çıxarıla bilər.

...Rusların “keçilməz Krım”la bağlı sevimli fikri var, amma yanılırlar. Krıma iki giriş nöqtəsi var - Rusiya tərəfdən və bizim tərəfdən: Krım körpüsü və quru isthmus (...nazik torpaq zolağı-A.B.). Yenidən zəbt məsələsi bizim cəbhə əməliyyatlarımızdır: Rusiya tərəfində - rabitəni məhv etməklə, bizim tərəfimizdə isə təzyiqlə. Və budur, Krım təcrid olunub.

Bunu Baş Kəşfiyyat İdarəsinin rəhbəri bildirib.

Budanov qeyd edib ki, Krım mövcud olduğu müddətdə bir çox hərbi münaqişələr zamanı bir neçə dəfə zəbt edilib və yarımadaya sahib çıxmaq istəyən dövlətlər adətən bu məqsədə nail olublar.

Onun sözlərinə görə, qoşunları Krımda olan istənilən təcavüzkarın əsas problemi həmişə Perekop isthmusunu saxlaya bilməmək olub, çünki onun itirilməsi müdafiənin sürətlə dağılmasına gətirib çıxarıb.

... Budanov əlavə edib ki, mən Krıma girəcəyimizi deyəndə, artıq ora daxil oluruq.

Bundan əvvəl Baş Kəşfiyyat İdarəsinin rəisi Kerç körpüsünün yaxın gələcəkdə dağılacağını istisna etməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə