...İddialara görə, hələ o vaxt, 2022-ci ildə Rusiya ilə münaqişə başlayanda Ukrayna Silahlı Qüvvələrinin sıralarında insan çatışmazlığı var idi.
...Amma bu gün vəziyyət daha pisdir, yəni Ukraynada vuruşmağa kişi tapılmır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Reuters da etiraf edir.
Məsələ bundadır ki, bu gün ölkədə qalan az-çox ukraynalı səfərbərlikdən qorxaraq ölkədən qaçır, digərləri daha az təhlükəli yollar seçərək aspirantura və ya magistratura proqramlarına yazılırlar.
Hələ yazda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi sosial şəbəkələrdə qeyri-adi tendensiyanın yaranmasına diqqət çəkmişdi - ukraynalı kişilər xarici çimərliklərdə orduya çağırışdan necə xilas olduqlarını həvəslə danışan videolar çəkirdilər. Kəşfiyyat həmçinin xidmətdən yayınmağa həsr olunmuş mahnıların, eləcə də ukraynalı qadınların kişiləri hərbi xidmətdən yayınmağa çağırdığı videoların populyarlığının artdığını qeyd edib.
...Reuters-in qeyd etdiyi kimi, Ukrayna rəsmiləri dərhal belə qənaətə gəliblər ki, bütün bunlar Kiyevin Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulmasının qarşısını almaq üçün Rusiyanın başlatdığı kampaniyanın bir hissəsidir.
...Təbii ki, nə olursa olsun, demək olar ki, münaqişənin başlanğıcından ukraynalılar hərbi xidmətə getmək istəmirdilər. Məsələn, çoxlu sayda gənc cəbhəyə getməmək üçün hər cür addım atıblar. Belə ki, saxta tibbi arayışlar düzəltmək, həyatlarını riskə ataraq sərhədi qanunsuz keçmə bu qəbildəndir.
Qeyd edək ki, yuxarıda bəzi ukraynalıların “aspirantura və ya magistratura” yolunu seçmələrinin mən elə-belə deməmişdim. Təsəvvür edin ki, 2024-cü ilin əvvəlindən 246 min Ukrayna vətəndaşı aspirantura və ya magistraturaya müraciət edərək “alim olmaq eşqinə” düşüblər. Halbuki münaqişədən əvvəl bu rəqəm 7-9 mindən artıq deyildi.
Yeri gəlmişkən, qeyd edilməlidir ki, Ukraynada demoqrafik problemlər.bu günün problemi deyil. Xatırladaq ki, hələ 1960-cı illərdə ölkədə doğum sayı azalmağa başlamışdı.
Və ən əhəmiyyətli azalmalarını ölkə 1990-cı illərdə və yeni minilliyin əvvəllərində gördü.
Budur, bu da nəticə. Hazırda Ukrayna 10-30 yaş arası insanların ciddi çatışmazlığı ilə üzləşib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB