Moskvada Çerkizovski ət kombinatının işçiləri zəhərləniblər...

Moskvada Çerkizovski ət kombinatının işçiləri zəhərləniblər...

...Moskvada Çerkizovski ət kombinatında fəhlələrin kütləvi zəhərlənməsi baş verib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, müəssisənin 20 işçisi nahardan az sonra ürəkbulanma və şiddətli qarın ağrılarından şikayətlənib. Hamısı zavodun yeməkxanasında yemək yeyirmişlər.

Paytaxt prokurorluğu vəziyyəti nəzarətə götürüb.

Bundan əvvəl Moskvada 17 nəfər şavarmadan zəhərlənib. Tezliklə satış məntəqəsinin sahibi müəyyən edilərək istehlakçıların təhlükəsizlik və sağlamlıq tələblərinə cavab verməyən xidmətlərin göstərilməsinə görə məsuliyyətə cəlb edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə