Qadınlar bir-birlərini çoxdan tanıyırlar...

... Dağıstanda şahmatçı Əminə Abakarova respublika turnirinin görüşü öncəsi rəqibi Umayqanat Osmanovanı mübarizədən kənarlaşdırmaq qərarına gəlib. Bu, avqustun 2-də baş verdi, lakin xəbər yalnız indi geniş yayıldı. Əminə Umayqanat şahmat taxtasının yanına civə tökdü. Yarış zamanı o, özünü pis hiss edib və təcili yardım çağırılıb.

Jurnalistlər zərərçəkmişlə əlaqə saxlayıb. Osmanovanın sözlərinə görə, Abakarova ilə daim bir yerdə oynadıqları üçün bir-birlərini çoxdan tanıyırlar. Halbuki, zəhərlənmə baş verən gün Əminə və Umayqanat, sonuncunun fikrincə, bir masa arxasında oynamamalı idilər. İddialara görə, Osmanovanın rəqibi tamam başqa şahmatçı olmalı idi. Yeri gəlmişkən, onun valideynləri artıq polisə ifadə verib.

Maraqlıdır ki, Əminə Abakarova azaddır və hələ də üzr istəməyib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu SHOT teleqram kanalı xəbər verir.

Osmanova qeyd edib ki, ona qarşı cinayət işi açılmayıb. Maraqlıdır ki, internet istifadəçiləri Əminənin internetdəki fotoşəkillərini qiymətləndirərək onu gözəl adlandırıblar və belə bir qızın cinayət törədə biləcəyinə inana bilmirlər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə