Son həftələr koronavirusa (Covid-19) yoluxma hallarının artdığı bildirilir.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiya və Pandemiyaya Hazırlıq və Qarşısının Alınması üzrə direktoru Maria Van Kerkhove BMT-nin Cenevrə mərkəzinin həftəlik mətbuat konfransında “Covid-19” mövzusundan bəhs edərək deyib: “Koronavirus dünyada hələ də yaygındır. 84 ölkədəki müşahidə sistemimizdən əldə edilən məlumatlar “Covid-19” üçün müsbət test faizinin son bir neçə həftədə artdığını göstərir. Ümumiyyətlə, test pozitivliyi 10 faizdən yuxarıdır, lakin bu, regiona görə dəyişir. Məsələn, Avropada pozitivlik faizi 20 faizün üstündədir.
Əslində isə “Covid-19” bildiriləndən qat-qat çoxdur. Bu da o deməkdir ki, virus təkamül və dəyişməyə davam edir və bizi ciddi bir virus riski qarşısında qoyur”.
Mövsümündən asılı olmayaraq son aylar bir çox ölkədə “Covid-19” halları artıb. Fransada keçirilən “Paris 2024” Olimpiya Oyunlarında yarışan təxminən 40 idmançıda “Covid-19” testi müsbət çıxıb.
Peyvəndlə bağlı risk qrupunda olanların gücləndirici doza almaları lazımdır.
Son iki ildə xüsusilə tibb işçiləri və 60 yaşdan yuxarı insanlar arasında peyvənddə həyəcanverici bir azalma görürük. Ən riskli qruplardan olan bu vəziyyət təcili olaraq aradan qaldırılmalıdır."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB