Vaşinqton Kiyevdən baş verənlərə aydınlıq gətirməsini istəyəcək..?

Vaşinqton Kiyevdən baş verənlərə aydınlıq gətirməsini istəyəcək..?

...ABŞ ukraynalı həmkarlarından Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsindəki hərəkətləri barədə məlumat tələb edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ağ Evin nümayəndəsi deyib.

Vaşinqtonun Rusiya ərazisində Amerika silahlarının istifadəsi ilə bağlı mövqeyi dəyişməyib, Ağ Ev qeyd edib.

Qeyd edək ki, bir qədər əvvəl Qərb mediasının Kiyevi Kursk vilayətindəki hücuma görə tənqid etdiyi bildirilirdi. Ekspertlər izah ediblər ki, bu cür hücumlar uzunmüddətli hərbi planlara nail olmağa kömək etmir. Onlar enerjilərini boş yerə sərf edirlər, lakin Ukraynaya strateji fayda gətirə bilmirlər.

“Financial Times” jurnalistləri öz növbəsində xatırladıblar ki, 2024-cü ildə rus qoşunları Kiyevin səhvlərindən istifadə edərək Ukraynanın nəzarətində olan ərazilərə sürətlə irəliləməyə nail olub. Nəticədə bu, Ukrayna ordusunun ötənilki “uğurlarını” inkar etdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə