Ukrayna ordusu Rusiya ərazisinin dərinliklərinə doğru irəlilədiyir..?
...Kursk vilayətinin hakimiyyəti Ukrayna ordusunun regionun sərhədyanı ərazilərinə hücumu fonunda əhalini qan verməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiyalı hərbi bloqçular Kurskun bir sıra kəndlərinin tutulması və Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinin dərinliklərinə doğru irəlilədiyini bildirir.
Avqustun 6-da Sudjanski rayonunu işğal edən Ukrayna qoşunları sərhəd zonasında möhkəmlənməyə nail olub. Rusiyalı hərbi blogerlər Ukrayna Silahlı Qüvvələrinin Nikolaevo-Daryino, Darino və Sverdlikovo yaşayış məntəqələrini işğal etdiyini yazır.
“Two Majors” kanalının məlumatına görə, Ukrayna ordusu çərşənbə axşamı axşam saatlarında bölgənin 11 yaşayış məntəqəsində olub və ümumi irəliləyiş 15 kilometr təşkil edib.
Rusiya Müdafiə Nazirliyinə yaxın “Rıbar” teleqram kanalının məlumatına görə, gecə Qonçarovka və Oleşnyada döyüşlər olub.
Kanal yazır ki, Oleşnyada rus hərbçiləri demək olar ki, tamamilə mühasirəyə alınıblar. Səhərə qədər bu qəsəbə haqqında yeni məlumat yox idi.
“Rıbar”ın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin 400-ə qədər hərbçisi Kursk vilayətinin ərazisini işğal edib və daha iki minə qədər hərbçi sərhəddə cəmləşib və əməliyyata dəstək verə bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB