Tacikistanla Əfqanıstan arasında ticarət dövriyyəsi...

46, yoxsa 30 milyon dollar?
Tacikistanla Əfqanıstan arasında ticarət dövriyyəsi...

...Bu ilin birinci yarısında Tacikistan və Əfqanıstan arasında ticarət dövriyyəsi təxminən 46 milyon dollara çatdı.

SİA-nın əldə etdiyi məlumata görə, bu statistika avqustun 7-də Tacikistan hökuməti yanında Gömrük Xidmətində keçirilən mətbuat konfransında təqdim olunub.

“Taliban” hökumətinin məlumatına görə, iki ölkə arasında ticarətin həcmi Tacikistan gömrük nümayəndələrinin açıqladığı rəqəmdən bir yarım dəfə azdır.

Tacikistan Gömrük Xidmətinin nümayəndəsi Lutfullo Həsənzodanın sözlərinə görə, 2024-cü ilin ilk altı ayında Tacikistan Əfqanıstana 42,4 milyon dollar dəyərində mal ixrac edib, bu ölkədən Tacikistana məhsul idxalı isə 3,5 milyon dollar təşkil edib.

Xasanzoda qeyd edib ki, Əfqanıstanla ticarətin həcmi ötən ilin birinci yarısı ilə müqayisədə təxminən 23 milyon dollar artıb.

Bu tacik gömrük məmurunun sözlərinə görə, Tacikistandan Əfqanıstana əsas ixrac sement, meyvə-tərəvəz, kömür və elektrik enerjisi olub.

Əfqanıstandan Tacikistana kənd təsərrüfatı məhsulları gətirilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə