...Qərb ölkələri Ukrayna qüvvələrinin Kursk vilayətində törətdiyi təxribatlara gec cavab verəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyir.
Lenta.ru ilə söhbətində o, sərhəd bölgəsində baş verənlərlə bağlı Kiyevin müttəfiqlərinin susmasından danışıb.
...Qərbin reaksiyası həmişə gec və qeyri-müəyyən olur, lakin bizim reaksiyamız tamamilə başa düşüləndir və Rusiya senatoru Qriqori Karasin tərəfindən ifadə olunub.
...Bu, Ukraynanın kobud, genişmiqyaslı təxribatıdır və bununla da öz əhəmiyyətini və özündə olmayan hərbi gücünü göstərmək istəyir. Əslində onlar yad silahlarla yad pullar, özlərinə yad ideyalar uğrunda mübarizə aparırlar. Bu, küncə sıxılmış siyasətçinin və onun siyasi klanının aqressiv davranışının tipik nümunəsidir, - deyə Karasin bildirib.
Qeyd edək ki, Kursk vilayətinin sərhəd bölgələrində döyüşlər ikinci gündür ki, davam edir. Döyüşlər avqustun 6-da Ukrayna qüvvələrinin sərhədi keçməyə cəhd etdiyi vaxt başlayıb. Təxribatçılar yaşayış məntəqələrini atəşə tutub, həmçinin ağır texnikadan istifadə ediblər.
Rusiya prezidenti Vladimir Putin avqustun 7-də günortadan sonra ilk dəfə insidentlə bağlı açıqlama verib.
“Kiyev rejimi daha bir irimiqyaslı təxribata əl ataraq, müxtəlif növ silahlardan, o cümlədən raketlərdən mülki binalara atəş açıb”, - deyə o bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB