Sudja keçid məntəqəsinin peyk görüntüləri yayımlanıb

Sudja keçid məntəqəsinin peyk görüntüləri yayımlanıb

Peyk, Rusiya Federasiyasının Kursk vilayətindəki Sudja avtomobil sərhəd-keçid məntəqəsində xeyli dağıntılar olduğunu qeydə alıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “Azadlıq” radiosunun məlumatına görə, şəkil çərşənbə axşamı, avqustun 6-da səhər saatlarında çəkilib.

O, təsdiq edir ki, Ukrayna ilə sərhəddə yerləşən Kursk vilayətindəki Sudja avtomobil sərhəd-keçid məntəqəsinə ciddi ziyan dəyib.

Söhbət Ukraynadan atılan mərmilərin, yoxsa pilotsuz təyyarələrin zərbələrinin nəticələrindən gedir, yoxsa əksinə, Rusiya ordusunun cavab tədbirləri nəticəsində nöqtə zədələnib,..amma hələ aydın deyil.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə