Yaponiyada anomal istilərdən yüzdən çox adam ölüb

Yaponiyada anomal istilərdən yüzdən çox adam ölüb

İyul ayında Yaponiyanın paytaxtı Tokioda isti hava şəraitinə görə 123 nəfər ölüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Tokio Tibb İnstitutundan verilən bəyanatda bildirilib.
2-si istisna olmaqla, bütün ölüm hallarının qapalı ərazilərdə qeydə alındığı, həyatını itirənlərin əksəriyyətinin kondisionerdən istifadə etmədiyi vurğulanıb.

2018-ci ilin iyul ayında Tokioda isti hava şəraitinə görə 127 nəfər həyatını itirmişdi.

Mütəxəssislər anomal istilərlə bağlı xəbərdarlıq edərək insanları zəruri hallar istisna olmaqla küçəyə çıxmamağa, qapalı yerlərdə kondisionerdən istifadə etməyə və çox su içməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə