Numan Kurtulmuş Vyaçeslav Volodinlə telefon əlaqəsi saxlayıb

Numan Kurtulmuş Vyaçeslav Volodinlə telefon əlaqəsi saxlayıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə telefon əlaqəsi saxlayıb.
SİA xəbər verir ki, TBMM-dən verilən məlumata görə, Vyaçeslav Volodin görüş zamanı Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu noyabrın 28-29-da Rusiyada keçiriləcək “Terrorla mübarizə və regional əlaqələr'' konfransına dəvət edib.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş dəvətə görə həmkarına təşəkkür edib. O, sentyabrda Rusiyaya səfər edəcəyini xatırladıb. Numan Kurtulmuş səfər zamanı ikitərəfli məsələlərin, o cümlədən konfrans hazırlıqlarının geniş şəkildə müzakirə ediləcəyini dilə gətirib.
Terrorun ortaq təhlükə olduğunu və bir çox ölkənin terror təhlükəsi altında qaldığını qeyd edən Numan Kurtulmuş deyib: “Bəzi böyük güclər terror təşkilatlarını alət kimi istifadə edirlər”.
İsrailin təxminən bir ilə yaxındır Qəzzada hücumlar törətdiyinə diqqət çəkən Numan Kurtulmuş bu hücumları qınadıqlarını bildirib.
Türkiyə Böyük Millət Məclisinin sədri qeyd edib ki, ''Həmas''ın başçısı İsmayıl Haniyənin öldürülməsi də dövlət terrorunun bariz nümunəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə