Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətinin uzadılması haqqında qanunları imzalayıb. Onlar hələ ən azı 90 gün qüvvədə olacaq. Bu barədə SİA Ukrayna Ali Radasının saytına istinadla xəbər verir.
Avqustun 7-də, çərşənbə günü dövlət başçısı 11433 və 11434 nömrəli qanunları imzalayıb. Beləliklə, Ukraynada avqustun 12-dən hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti daha 90 gün uzadılıb. Yəni, onlar ən azı 2024-cü il noyabrın 9-dək qüvvədə olacaq.
Müharibə başlayandan bəri Ukraynada qeyd edilən hüquqi rejimin müddəti artıq 12-ci dəfədir uzadılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB