ABŞ-da 46 yaşlı Pakistan vətəndaşı Asif Merçant keçmiş prezident Donald Trampa və digər məmurlara sui-qəsd təşkil etməkdə ittiham olunub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS CNN-ə istinadən xəbər verir.
İttiham tərəfinin fikrincə, Merçant müxtəlif Amerika rəsmilərinə sui-qəsd planlaşdırdıqları bir qatillə sui-qəsd təşkil edib.
Sui-qəsdin mümkün hədəfləri arasında ABŞ-ın keçmiş prezidenti Donald Tramp da olub. Eyni zamanda, Merçant iyulun 12-də, iyulun 14-də Pensilvaniyada Trampa qarşı sui-qəsd cəhdindən bir neçə gün əvvəl saxlanılıb.
Müstəntiqlərin müəyyən etdiyi kimi, saxlanılan şəxsin bu qətlə cəhdlə heç bir əlaqəsi yoxdur.
...Xatırladaq ki, iyulun 14-də Pensilvaniyada Donald Trampın həyatına sui-qəsd olub. Siyasətçinin tərəfdarları qarşısında görüşdə çıxışı zamanı snayper Trampa atəş açıb - güllə onun qulağına dəyib, lakin tədbir iştirakçılarından biri həlak olub. Bundan əlavə, orada olan daha iki nəfər yaralanıb.
...Atıcı isə məhv edilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB