10 il evdə saxladığı dolların sonradan saxta olduğu üzə çıxıb...

...Brest polisi valyutadəyişmə məntəqələrində saxta yüz dollarlıq əskinasların üzə çıxması ilə bağlı iki hadisə barədə məlumat verir.

SİA “Onliner” portalına istinadən xəbər verir ki, valyutanı təhvil verməyə cəhd edən şəxslərin sözlərinə görə, onlar dollarları uzun müddət evdə saxlayıblar və əskinasların saxta olduğundan şübhələnməyiblər.

...Belarusda, Baranaviçidə kişi 100 dolları dəyişmək istəsə də, bank işçisi onun həqiqiliyinə şübhə edərək polisə müraciət edib. Və sonradan əskinasın saxta olduğu üzə çıxıb.

...Dolları saxta çıxan şəxs əskinasları 2016-cı ildə Rusiyanın Anapa şəhərindən gətirdiyini və bu illər ərzində onu evdə saxladığını bildirib.

Və ona pul lazım olub deyə dollarları götürüb valyutadəyişmə məntəqəsinə gedib.

Maraqlıdır ki, yerli polis də həmin şəxsin əskinasların saxta olduğunu bilmədiyini etiraf edib.

Yuxarıda qeyd etdiyimiz kimi, analoji hadisə Brestdə də baş verib. Belə ki, 63 yaşlı rusiyalı qadın banka 100 dollar gətirib, lakin onun saxta olduğunu bilməyib. Qadın hesabı təxminən 10 il əvvəl dostlarından hədiyyə olaraq aldığını deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə