Bayden Harrisin qərarını “gözəl” adlandırdı...

Bayden Harrisin qərarını “gözəl” adlandırdı...

Prezident Cozef Bayden ABŞ prezidentliyinə namizəd Kamala Harrisin Minnesota qubernatoru Tim Uolzun vitse-prezident vəzifəsinə namizədliyi ilə bağlı qərarını dəstəkləyib. SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə Baydenin sosial şəbəkələrdəki bəyanatına istinadən xəbər verir.

Bayden Harrisin qərarını "gözəl" adlandırıb və hazırkı prezident Harris və Uolz komandasını "işləyən insanlar eləcə də Amerikanın orta sinfi" üçün faydalı kimi qiymətləndirib. Eyni zamanda, Ağ Ev aydınlaşdırıb ki, Bayden artıq Uolza zəng edərək onu təyinatı münasibətilə təbrik edib.

...Kamala Harris qubernator Tim Uolzı özünün namizəd yoldaşı kimi seçməklə böyük qərar verdi.

Bunu da Bayden deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə