...Yaxın Şərq genişmiqyaslı müharibənin astanasındadır. İranın “HƏMAS”-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə qarşı cavab zərbəsinə fəal hazırlaşdığına dair sübutlar artır.
Bu həyəcanlı xəbərlər fonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iordaniyalı həmkarı Ayman əs-Səfadi ilə telefonla danışdığı məlum olub.
SİA TASS-a istinadən xəbər verir ki, onlar Fələstin-İsrail münaqişəsi zonasında atəşkəsin zəruriliyini qeyd ediblər və bütün Yaxın Şərq üçün fəlakətli nəticələrin qarşısını almaq üçün iştirak edən bütün tərəfləri təmkinli olmağa çağırıblar. Nazirlər həmçinin ikitərəfli və beynəlxalq gündəlikdəki aktual məsələlər üzrə müntəzəm təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB