...Bu gün, avqustun 6-da səhər saat səkkizdən Ukrayna Silahlı Qüvvələri 300 nəfərədək qüvvə ilə 11 tank və 22 zirehli texnikanın dəstəyi ilə Kursk vilayətində Rusiyanın mövqelərinə hücum edib. Nəticədə ukraynalı diversantlar məğlub olaraq öz ərazilərinə çəkiliblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirir ki, düşmənin atəşə tutulması artilleriya atəşi, ordu aviasiyasının zərbələri və hücum PUA-larının tətbiqi nəticəsində əldə edilib.
İtki verərək, qalan diversantlar Ukrayna ərazisinə çəkiliblər. Bununla belə, onlara hücumlar davam edir.
Bunu RİA Novosti nazirliyin mesajına istinadən xəbər verir. ...Və həmçinin məlum olub ki, Kursk vilayətinin tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçirilib, sərhədyanı rayonların sakinlərindən müvəqqəti məskunlaşma mərkəzlərinə köçmələri xahiş olunub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB