Rusiya Moldova səfirliyinin əməkdaşını persona non qrata elan edib

Rusiya Moldova səfirliyinin əməkdaşını persona non qrata elan edib

Rusiya Xarici İşlər Nazirliyi Moldova səfirliyinin əməkdaşını persona non-qrata elan edib. İdarənin məlumatına görə, bu, Moldova hakimiyyətinin Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarmaq qərarına cavab olaraq edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi bunu “əsassız qərar” adlandırıb.

...Moldovanın müvəqqəti işlər vəkili Aleksandr Çetrara departamentə çağırılıb və ona müvafiq nota verilib. Avqustun 1-də Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin əməkdaşını persona non-qrata elan edib.

Departamentdən bildiriblər ki, Rusiya diplomatının Moldova ərazisində onun diplomatik statusu ilə bir araya sığmayan fəaliyyətlər həyata keçirməsinə dair məlumat və sübutlar toplamağa imkan verən görülmüş tədbirlər nəticəsində ölkədən çıxarılma qərarı verilib.

“Azadlıq” radiosunun Moldova xidmətinin diplomatik dairələrdəki mənbələrinin verdiyi məlumata görə, söhbət Rusiyanın Kişinyovdakı səfirliyinin hərbi attaşesinin köməkçisi Dmitri Kelovdan gedir. O, tanınmamış Dnestryanı bölgədəki vəziyyətə nəzarət edən üçtərəfli struktur olan Vahid Nəzarət Komissiyasında Rusiya nümayəndə heyətinin üzvü idi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə