Qəza qurbanları arasında uşaq da olub

Qəza qurbanları arasında uşaq da olub

...Krasnodar diyarının Armavir vilayətində qəza baş verib: mikroavtobus, yük maşını və minik avtomobili toqquşub.

SİA TASS-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, biri uşaq olmaqla iki nəfər həlak olub, 11 nəfər yaralanıb.

Qeyd edək ki, bu arada RİA Novosti başqa rəqəmlər təqdim edir. Agentliyin məlumatına görə, 14 nəfər xəsarət alıb. Rayon Dövlət Yol Müfəttişliyindən bildirilib ki, beşi azyaşlı olmaqla 7 nəfər xəstəxanaya yerləşdirilib, onların arasında vəziyyəti ağır olan xəstələr yoxdur.

Hazırda Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması) cinayət işi başlanıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə