Qeyd edək ki, Gürcüstanın eks-prezidenti 2021-ci ildən həbsdədir...
Saakaşvili əfv oluna bilər..?

Gürcüstan prezidenti Salome Zurabişvili həbsdə olan keçmiş dövlət başçısı Mixail Saakaşvilini əfv edə bilər, bu barədə ölkə parlamentinin spikeri Şalva Papuaşvili bildirib. “Salome Zurabişvilinin vəzifəsində qalması Mixail Saakaşvilinin sayəsindədir. Lazım gördükləri zaman Zurabişvili əfv aktı verəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Papuaşvili bildirib.

O, müxalif “Mtavari Arxi” telekanalının təsisçisi və “Rustavi 2” televiziya şirkətinin keçmiş baş direktoru Nikoloz Qvaramiyanın prezident tərəfindən əfv olunduğunu xatırladıb.

Qeyd edək ki, Saakaşvilinin dövründə Qvaramiya ədliyyə və təhsil naziri idi. O, 2021-ci ildə Ukraynadan Gürcüstana qayıtdıqdan sonra, Saakaşvili həbs olunanda eks-prezidentin vəkili kimi fəaliyyət göstərib.

Papuaşvili deyib ki, Saakaşvilini əfv etmək Zurabişvili üçün “çətin olmayacaq”.

O iddia edir ki, Qvaramiya ilə bağlı vəziyyətdə prezident kənardan, o cümlədən Avropa İttifaqının təzyiqi ilə əfv qərarı verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə