...ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizədliyini irəli sürən Kamala Harris vitse-prezidentliyə namizəd kimi Minnesota qubernatoru Tim Valzı seçmək qərarına gəlib.
SİA “The New York Times”-ə istinadən xəbər verir ki, namizəd Harris avqustun 6-da Filadelfiyada keçiriləcək böyük mitinqdə ona qoşulacaq, ardınca əsas ştatları gəzəcək.
60 yaşlı Tim Valz Milli Ordunun keçmiş əsgəri və keçmiş müəllimdir.
O, 2019-cu ilin yanvarından Minnesota qubernatoru vəzifəsində çalışır.
Kamala Harrisin komandası iki həftə əvvəl, ABŞ-ın hazırkı prezidenti Cozef Bayden iyulun 21-də yenidən seçilmək istəməyəcəyini elan etdikdən və Kamala Harrisi Demokratlar Partiyasından prezidentliyə namizəd kimi dəstəklədikdən qısa müddət əvvəl vitse-prezidentliyə namizəd axtarışına başlamışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB