İraqın şimalında 8 PKK terrorçusu zərərsizləşdirilib

İraqın şimalında 8 PKK terrorçusu zərərsizləşdirilib

İraqın şimalında separatçı terror təşkilatı PKK-nın 8 üzvü zərərsizləşdirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda aramsız şəkildə davam edir.

Milli Müdafiə Nazirliyi İraqın şimalında aşkar edilən 8 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Nazirliyin rəsmi internet səhifəsində edilən paylaşımda bu ifadələrə yer verilib: "Güclüyük və qətiyyətliyik. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk və Qara bölgələrində aşkar edilən 8 PKK terrorçusunu zərərsizləşdirib. Qətiyyətlə həyata keçirdiyimiz əməliyyatlarımız son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə