Ağ Evin sabiq rəhbəri və prezidentliyə namizəd Donald Tramp Çin lideri Si Cinpini güclü insan adlandırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Çin liderini qüdrətli şəxs adlandırıb və onu çox yaxşı tanıdığını bildirib.
Respublikaçı namizəd qeyd edib ki, o, seçkilərdə qalib gələcəyi təqdirdə Pekinlə münaqişəyə can atmaq niyyətində deyil. O Amerika-Çin münasibətlərini qurarkən ABŞ-ın maraqlarından çıxış etməyi planlaşdırır.
Tramp həmçinin Cinpinin ölkəsini sevdiyini, çox güclü və maraqlı siyasətçi olduğunu vurğulayıb.
Qeyd edək ki, Tramp bundan əvvəl də Vladimir Putin və Si Cinpini çox ağıllı insanlar adlandırmışdı. ABŞ prezidenti Co Bayden isə sələfi Donald Trampı Rusiya dövlət başçısı Vladimir Putinə heyranlığına görə tənqid edib.
Bütün xəbərlər Facebook səhifəmizdə