Türkiyənin boykotu böyük zərbədir - İsrail mediasından etiraf

Türkiyənin boykotu böyük zərbədir - İsrail mediasından etiraf

Türkiyənin bütün məhsulları əhatə edən ixrac və idxal əməliyyatlarını dayandırması İsraili çətin vəziyyətə salıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail mediasından bir-birinin ardınca etiraflar göstərir. Qəzetlərin yazdığına görə, Ankaranın iqtisadi boykotu ən çox avtomobil sektorunu vurub və ölkənin ən məşhur avtomobil markaları bir-bir yoxa çıxır.

Türkiyə Ticarət Nazirliyindən İsrailin Qəzzada aylardır, həyata keçirdiyi qırğına dünya arenasında ən sərt reaksiyanı verən Türkiyənin may ayında dövlət səviyyəsində görülən tədbirlərin ikinci mərhələsinə girdiyi və bununla bağlı İsrailə edilən bütün məhsulların ixrac və idxal əməliyyatlarının dayandırıldığı bildirilir. İsrail Qəzzaya fasiləsiz və kifayət qədər humanitar yardım axınını təmin etməyə icazə verənədək bu, davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə