İranda məcburi hicaba qarşı çıxan məşhur aktrisaya ağır cəzalar verildi
İran hökuməti məcburi hicab qaydalarına qarşı çıxan sənətçilərə təzyiqlərin davamı olaraq, daha bir məşhur aktrisanı ağır cəzalara məhkum edib. SİA "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, “sosial şəbəkələrdə uyğunsuz görüntülər paylaşmaq”da günahlandırılan aktrisa Əfsanə Bayeqana 91 gün həbs, 2 milyon 500 min tümən (59 $) cərimə, habelə 18 ay müddətinə sosial mediada fəaliyyətinə qadağa qoyulub.
Bildirilib ki, həbs və cərimə cəzası ilə yanaşı, Əfsanə Bayeqanın ölkədən çıxışı da qadağan edilib.
Qeyd olunub ki, aktrisanın vəkili müvəkkilinə verilən cəzaları qınayıb və qanuni müddət ərzində məhkəməyə şikayət verəcəyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB