...İran, İsrailə qarşı mümkün genişmiqyaslı müharibə kontekstində kömək üçün Rusiyaya müraciət edib.
Deyilənlərə görə, Tehran Moskvadan müasir hava hücumundan müdafiə sistemləri və radarları istəyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” hərbi planlaşdırma ilə tanış olan İran rəsmilərinə istinadən məlumat yayıb.
Artıq məlum olduğu kimi, avqustun 5-də Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu İrana səfər edib. Burada o ölkənin yeni prezidenti Məsud Pezeşkian və İran silahlı qüvvələrinin komandanı, İsrailə qarşı hərbi zərbələrin planlaşdırılmasına rəhbərlik edən briqada generalı Məhəmməd Baqiri onunla görüşüb.
İran lideri özünün strateji tərəfdaşı kimi Rusiya Federasiyası ilə münasibətləri dərinləşdirmək əzmində olduğunu bəyan edib.
...Rusiya çətin anlarda İran xalqına dəstək olan ölkələrdən biridir. Pazeşkian iddia edir ki, İsrailin Qəzza zolağında cinayətkar hərəkətləri və keçən həftə Tehranda “HƏMAS” lideri İsmayıl Haniyənin öldürülməsi bütün beynəlxalq qanun və qaydaların pozulmasının bariz nümunələridir.
...Çoxqütblü dünyanın təşviqində İran və Rusiyanın birgə mövqeləri, şübhəsiz ki, daha böyük qlobal təhlükəsizlik və sülhə gətirib çıxaracaq.
Bunu İran prezidenti deyib.
Şoyqu isə regional məsələlərdə İranla tam əməkdaşlığa hazır olduğunu bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB