Ukraynada koronavirusun yeni ştamı aşkarlandı

Ukraynada koronavirusun yeni ştamı aşkarlandı

Ukraynada koronavirusun yeni ştamı aşkarlanıb. SİA xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini, baş dövlət sanitar həkimi İqor Kuzin bildirib.

Onun sözlərinə görə, iyul ayında ölkədə “SARS-CoV-2” koronavirusunun “FLiRT” adlı yeni subvariantına yoluxma üzrə ilk hallar qeydə alınıb.

Ötən həftə “FLiRT” subvariantına yoluxma üzrə üç hal aşkar edilib. Onlardan ikisi Kiyevdə, biri İvano-Frankovsk vilayətində qeydə alınıb.

Nazirlikdən, həmçinin qeyd olunub ki, yeni ştamın xüsusi təhlükə qiymətləndirməsi yoxdur, lakin Ümumdünya Səhiyyə Təşkilatı onun hər bir ölkə səviyyəsində izlənilməsinin zəruri olduğunu hesab edir.

Bütün xəbərlər Facebook səhifəmizdə