Britaniyada iğtişaşlar başlayandan bəri təxminən 380 nəfər saxlanılıb
Böyük Britaniyada iğtişaşlar başlayandan bəri 380-ə yaxın şəxs saxlanılıb. SİA xəbər verir ki, bu barədə Milli Polis Rəisləri Şurasının rəhbəri Gavin Stevens bildirib.
O vurğulayıb ki, polis vətəndaşların təhlükəsizliyini qorumaq üçün mümkün olan hər şeyi edir. “Bu, lazımsız zorakılıqdır və biz Vətəndaşlara Məsləhət Bürosu və kitabxana kimi mühüm icma mərkəzlərin tamamilə məhv edildiyini gördük", - deyə Stevens söyləyib.
Qeyd edək ki, iyulun 29-da Sautport şəhərində 17 yaşlı bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərinin birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 3 uşaq isə aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib. Sosial mediada hadisəni törədən yeniyetmənin miqrant olması barədə xəbərlərin yayılmasından sonra Britaniyada radikal sağçı qruplar miqrantlara qarşı aksiyalara başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB