Britaniya ordusu ölkədəki iğtişaşlara müdaxilə etməyəcək - Nazir

Britaniya ordusu ölkədəki iğtişaşlara müdaxilə etməyəcək - Nazir

Britaniya ordusu ölkədəki iğtişaşlara müdaxilə etməyəcək. SİA xəbər verir ki, bunu ölkənin müdafiə naziri Con Hili deyib.

Nazir bildirib ki, Britaniyanın müxtəlif şəhərlərində artan zorakılığı yatırmaq üçün ordunu səfərbər etmək ilə bağlı plan yoxdur.

Böyük Britaniyanın Baş naziri Kir Starmer isə ölkədəki zorakı iğtişaşları aradan qaldırmaq üçün mütəxəssis polis məmurlarından ibarət daimi qrup yaradılacağını deyib. O, bu barədə nazirlər və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə təcili görüşündən sonra açıqlama verib. Kir Starmer baş verən aksiyaların etiraz deyil, zorakılıq olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə