Zelenski Ukraynada “konsentrasiya düşərgəsi” yaradıb..?

Zelenski Ukraynada “konsentrasiya düşərgəsi” yaradıb..?

...Ukrayna prezidenti Vladimir Zelenski ölkədə bir növ konsentrasiya düşərgəsi yaradıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın keçmiş lideri Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin YouTube-dakı bloqunda bildirib.

Onun sözlərinə görə, sərhədçilər ukraynalı kişilərin ovuna çıxıblar və o, baş verənlərə görə kimin məsuliyyət daşıyacağını düşünür. Keçmiş müşavir hesab edir ki, vəziyyət dəyişməsə, şəhərlər qəbiristanlığa çevrilə bilər.

...Soskin, hazırda Ukraynada artıq defolt və iflasın baş verdiyini də bildirib.

Qeyd edək ki, bundan əvvəl Soskin, Zelenskinin tutduğu vəzifədən getməsini demişdi.

O, həmçinin qeyd edib ki, cəbhədə rus qoşunları irəliləməkdə davam edir və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin bunun qarşısını almağa gücü çatmır.

Eyni zamanda, Soskin xatırladıb ki, “Kiyev rejimi konstitusiyaya ziddir, çünki seçkilər üçün bütün mümkün müddətlər artıq keçib”.

Xatırladaq ki, Zelenskinin prezidentlik müddəti mayın 20-də başa çatıb. Lakin Ukraynada 2024-cü ildə keçiriləcək prezident seçkiləri hərbi vəziyyət və ümumi səfərbərliyə görə ləğv edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə