Tramp deyib ki, bu gecə İsrail İran tərəfindən hücuma məruz qalacaq...
...Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp məşhur bloger Adin Rossa müsahibəsində ölkədaxili və beynəlxalq gündəmdən danışıb. Müsahibə Adin Live Youtube kanalında yayımlanıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, onun Youtube-da 4,43 milyon istifadəçisi var.
...Mən eşitdim ki, İsrail bu gecə İran tərəfindən hücuma məruz qalacaq.
Tramp bunu bloqqerlə söhbəti zamanı deyib.
Qeyd edək ki, ekspertlərin fikrincə, son həftələrdə Fələstinin “HƏMAS” hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi fonunda İsraillə İran arasında münasibətlər xeyli pisləşib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB